“Biz ildə bir dəfə inqilab cəhdinə alışmışdıq. Bu il ilk dəfə inqilabın təşkilinə iki dəfə cəhd edildi, lakin hər ikisi uğursuz oldu. Son nəticədə məlum oldu ki, müxalifət o qədər resursa malik deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalında yayımlanan “İmedi Live” proqramında deyib.
O, növbədənkənar seçkilər barədə danışmağın faydasız olduğunu da bildirib.
“Növbəti parlament seçkilərinin tarixi məlumdur. Seçkilər dörd ildən sonra 2028-ci ilin oktyabrın 28-də keçiriləcək. Mən onlara məsləhət edərdim ki, bu seçkilərə hazırlaşsınlar”, - İ.Kobaxidze söyləyib.