Avropa İttifaqı Baltik dənizindəki insidentdən sonra Rusiyanın kölgə donanmasına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyası və Aİ diplomatiya rəhbəri Kay Kallas məlumat verib.
"Şübhəli gəmi Rusiyanın hərbi büdcəsini maliyyələşdirərməklə yanaşı təhlükəsizliyi və ətraf mühiti təhdid edən bir ölkənin kölgə donanmasının bir hissəsidir", - o bildirib.
Bundan əlavə, Aİ assosiasiyanın sualtı kabelləri üçün mühafizənin gücləndirilməsini elan edib.