27 Dekabr 10:17
201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, altı siyasi birlik dövlət tərəfindən maliyyə alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd olunub ki, maliyyələşmədən yalnız bir müxalif birlik - “Dəyişikliklər naminə koalisiya” imtina edib.

Qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşmədən imtina üçün son müddət ötən gün saat 18:00-da başa çatıb.
Məsələyə münasibət bildirən Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, maliyyələşmədən imtina etməyən dörd müxalifət partiyasından üçü bununla seçkilərin legitimliyini tanıyıb.

Xatırladaq ki, oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, dörd müxalif birlik — “Dəyişikliklər naminə koalisiya”, “Milli hərəkat”, “Güclü Gürcüstan” koalisiyası və “Gürcüstan naminə” partiyası mandatlar əldə ediblər. Lakin onlar seçkilərin nəticələrini tanımayıblar və qanunverici orqanda təmsilçilikdən imtina ediblər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər