27 Dekabr 11:13
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim borcumuz Salome Zurabişvilini cinayət törətməməsi ilə bağlı xəbərdar etməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, S.Zurabişvilini iqamətgahından zorla çıxarıb cəzaçəkmə müəssisəsinə aparmaq çox pis mənzərə olardı.

“Salome Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur. Bu, təkcə bizim haqqımız deyil, həm də borcumuzdur. İstənilən hakimiyyət repressiyaya deyil, cinayətin qarşısının alınmasına yönəlməlidir”, - baş nazir söyləyib.

İ.Kobaxidze həmçinin qeyd edib ki, son illərdə prezident institutunun reputasiyası xeyli zədələnib və Mixeil Kavelaşvilinin missiyası itirilmiş nüfuzu bərpa etmək olacaq.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər