27 Dekabr 13:10
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova parlamenti 2024-2034-cü illər üçün Milli Müdafiə Strategiyasının qəbul edilməsinə səs verib.

Teleqraf.com Moldova mediasına istinadla xəbər verir ki, sənəd ölkənin müxtəlif təhdidlərə, o cümlədən Rusiyanın təcavüzünə cavab üçün atacağı əsas addımları təsvir edir.

Qeyd olunur ki, Moldova Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü və hibrid hücumlarını təhlükəsizliyinə əsas təhdid kimi tanıyır. Strategiyada bildirilir ki, ən böyük risk hərbi əməliyyatların Ukraynanın Moldova ilə sərhəddə yerləşən Odessa vilayətinə mümkün keçididir, bu, separatçı Dnestryanı bölgəsinə dəhliz açacaq.

Sənəddə Rusiyanın hibrid əməliyyatları, informasiya hücumları və seçkilərə müdaxiləsinin də Moldova üçün təhlükə olduğu deyilir. Bundan əlavə, ölkə Dnestryanıda rus qoşunlarının olmasından narahatdır.

Strategiya Moldovanın region üçün sabitləşdirici dəstək kimi müəyyən edilən NATO ilə əməkdaşlığının dərinləşdirilməsi və Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafını nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər