Xarici qüvvələr Suriyada iğtişaş törətmək istəyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Suriyanın Latakiya vilayətindəki mənbə bildirib.

Məlumatda deyilir ki, xarici qüvvələr Suriyada sünnilər, xristianlar və ələvilər (şiələr) arasında iğtişaş və toqquşmalara səbəb olurlar:

“Yeni hakimiyyətə isə nizam lazımdır, heç kim problem istəmir”.

Rusiya agentliyi yazır ki, Suriyadakı bu durumdan yalnız ABŞ və İsrail faydalanır.