“Gürcüstan vassal deyil. Biz müstəqil, baş tutmuş və suveren dövlətik”.
Teleqraf.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan dostluq və tərəfdaşlığa hazırdır.
“Lakin xaricdən kölə münasibəti bizim üçün qətiyyən qəbuledilməzdir. “Gürcü Arzusu” ölkəmizin milli maraqlarından irəli gələn bütün addımları atır. Biz heç kəsin qarşısında əyilmirik və ölkəmizi müdafiə edirik”, - K.Kaladze söyləyib.
Tbilisi meri həmçinin deyib ki, hakimiyyəti Rusiyayönümlü olmaqda ittiham edən iş adamlarının özlərinin Rusiya ilə sıx əlaqələri var və oradan böyük gəlirlər əldə edirlər.