Polşanın Ukrayna hərbçilərinin təlimi üçün verdiyi "Mi-8" və "Bell 412-HP" helikopterləri yararsız vəziyyətdədir.
Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinin nümayəndəsi danışıb.
Nümayəndənin sözlərinə görə, Polşa Ukraynaya analoji avadanlıq verməklə həm "zibil"dən xilas olur, həm də Avropa İttifaqından yaxşı təzminat alır.
Qeyd edilir ki, "Bell 412" 1993-cü ildən Polşanın 36-cı Xüsusi Nəqliyyat Aviasiya Alayında istifadə olunur və 2011-ci ildə Varşavadakı polis qərargahının aviasiya donanmasına verilib. Orada ehtiyat hissələri olmadığı üçün anqarda saxlanılıb.