27 Dekabr 22:04
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Estlink" elektrik şəbəkəsinə aid digər kabel zədələnsə, Estoniya Rusiyanın elektrik şəbəkəsindən ayrılacaq".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Estoniyanın enerji şirkətinin rəhbəri Elinq Kalle Kilk deyib.

O, bunu Estoniya və Finlandiyanı birləşdirən "Estlink 2" kabeli ilə bağlı insident fonunda deyib.

Qeyd edək ki, elektrik xətti dekabrın 25-də naməlum səbəblərdən sıradan çıxıb. Finlandiya hüquq-mühafizə orqanları insidentdə xarici yük gəmisinin "əli" olduğunu düşünür.


Müəllif: Arzu

Oxşar xəbərlər