İsrailin Səna hava limanına enidrdiyi avia-zərbələrə məruz qalan Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) baş direktoru Tedros Adhanom Ghebreyesus bu gün Yəməni tərk edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
"Bu gün Yəmənin Səna hava limanında hücum zamanı yaralanan həmkarımızı təxliyə edə bildik", - ÜST rəhbəri bildirib.
O, yaralı ekipaj üzvü ilə birlikdə İordaniyada olduğunu qeyd edib.