27 Dekabr 22:49
244
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hazırkı prezidenti Co Bayden yaxın günlərdə Ukraynaya yeni yardım paketini təsdiq edəcək.

Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Prezident Bayden yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini təsdiq edəcək. Budəfəki hərbi yardım paketində, xüsusilə, pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə sistemləri və zirehli texnikalar daxil olacaq", - Ağ Ev nümayəndəsi deyib.

Kirbi həmçinin əlavə edib ki, Vaşinqton 2025-ci ilin yanvarında Bayden administrasiyası gedənə qədər Kiyevə yardım göstərəcək .


Müəllif: Arzu

Oxşar xəbərlər