Amerikanın THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemi on altı ildə ilk dəfə ballistik raketin ələ keçirilməsini uğurla həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Military Observer" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, sistem "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən İsrailə atılan raketi ələ keçirib.