27 Dekabr 23:15
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna Silahlı Qüvvələri yaxın aylarda Kursk vilayətindən çıxarılacaq".

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın "Bloomberg" nəşri Amerika hökumətindəki mənbələrə istinadən yazıb.

“Bu ayın əvvəlində həyata keçirilən gözlənilməz hücumdan sonra Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətində ələ keçirdikləri ərazilərin təxminən yarısını itirib, qalanını isə yaxın aylar ərzində itirə bilər”, - yazıda deyilir.

Agentliyin fikrincə, vəziyyətin belə inkişafı Kiyevi Rusiya ilə atəşkəslə bağlı danışıqlarda mühüm təsir rıçaqından məhrum edəcək.

Mənbə həmçinin "Bloomberg"ə bildirib ki, Ukrayna Silahlı Qüvvələri ələ keçirilən ərazini yalnız yaza qədər saxlaya biləcək, bundan sonra onlar geri çəkilməli olacaqlar - ya da mühasirəyə düşmək riski var.

Agentlik qeyd edir ki, Ukrayna üçün vaxt önəmlidir, çünki Ukrayna rəsmiləri Kurskda ələ keçirilən ərazidən istənilən danışıqlarda sövdələşmə vasitəsi kimi istifadə etməyə ümid etdiklərini bildiriblər. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Moskva ilə Kiyev arasındakı münaqişəni tez bir zamanda dayandırmaq istədiyini vəd etsə də , hər iki tərəfin atəşkəs barədə razılığa gəlməsi aylar çəkə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər