Slovakiyanın Baş naziri Robert Fitso cavab tədbiri olaraq Ukraynaya enerji nəqlini dayandırmağa hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hökümət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşdığı videomüraciətdə bildirib.

“Yanvarın 1-dən sonra vəziyyəti və Ukraynaya qarşı qarşılıqlı tədbirlər variantlarını dəyərləndirəcəyik. Əgər bu qaçılmaz olarsa, biz elektrik enerjisinin verilməsini dayandıracağıq”, - Baş nazir vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fitsonu yalnız Rusiyanın enerji resursları ilə maraqlanmaqda və Avropanın Amerika qazından imtinasını təşviq etməkdə ittiham etmişdi.