Rusiyanın hava məkanında hücum həyata keçirən 56 PUA gecə ərzində vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Dron hücumu 3 vilayətdə qeydə alınıb və onların əksəriyyəti (28) Voronej vilayəti üzərində zərərsizləşdirilib.
Rostov və Belqorodda isə müvafiq olaraq, 17 və 11 dron vurulub.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hücumlar nəticəsində 2 nəfərin yaralandığını açıqlayıb.