ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolts "T-Online"a müsahibəsində deyib.
“Tramp müharibəni bitirmək istəyir. Məndə belə bir təəssürat yarandı ki, o da bizim kimi əmindir ki, buna ancaq Ukrayna hərbi cəhətdən güclü olarsa nail olmaq olar”, - deyə siyasətçi vurğulayıb.
Almaniya kanslerindən Trampın münaqişəni tam olaraq necə bitirməyi planlaşdırdığı soruşulduqda o, ikisi arasında olan söhbətin məzmununu tam şəkildə açıqlamaqdan imtina edib.
Xatırladaq ki, bundan əvvəl Şolts Rusiya prezidenti Vladimir Putinlə yenidən danışmaq və Ukraynadakı münaqişəni müzakirə etmək istədiyini bildirib.