28 Dekabr 14:59
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizə bəhanəsi ilə Fərat çayının şərqindəki Suriyanın neft bölgələrini əlində saxlamaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

2011-ci ildən bəri Suriyada davam edən qarşıdurma zamanı Fəratın şərqindəki bəzi ərazilər Vaşinqtonun dəstəklədiyi PKK/YPG terror təşkilatının nəzarətinə keçib.

Kəşfiyyat iddia edir ki, ABŞ və Britaniya Suriyada vəziyyətin sabitləşməsinə mane olmaq və orada xaosu yaymaq istəyir, amma Rusiyanın Suriyadakı hərbi mövcudluğu buna mane olur: “Buna görə də ABŞ və Britaniyanın kəşfiyyat xidmətləri İŞİD-ə Suriyadakı Rusiya bazalarına pilotsuz təyyarələrlə hücumlar həyata keçirməyi tapşırıblar”.

Kəşfiyyat xidməti hesab edir ki, bu, həm də ABŞ-ın Fəratın şərqində Vaşinqtonun Dəməşqə qayıtmaq niyyətində olmadığı neft bölgələrində İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə işğalı davam etdirməsindən irəli gəlir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər