28 Dekabr 17:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə keçirilən “Səfirlərin konfransı 2024: Müasir geosiyasi reallıqda Gürcüstanın xarici siyasət prioritetləri” adlı tədbir çərçivəsində təşkil olunan panel müzakirədə Gürcüstanın qonşu ölkələrlə münasibətləri və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Teleqraf.com xəbər verir ki, Gürcüstanın XİN rəhbəri Maka Boçorişvilinin moderatorluğu ilə təşkil olunan müzakirələrdə parlamentin Beynəlxalq münasibətlər komitəsinin sədri Nikoloz Samxaradze, Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili və Diaspora məsələləri üzrə komitənin sədri İrakli Zarkua iştirak edib.

Bildirilib ki, Gürcüstan hökumətinin qonşuluq siyasəti balanslıdır və ərazi bütövlüyünün qorunması, suverenlik, mehriban qonşuluq və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Qeyd olunub ki, Gürcüstan bölgədə sülhün və sabitliyin təşviqini gələcəkdə də davam etdirəcək.

M.Boçorişvili regionda təhlükəsizlik çağırışları fonunda Gürcüstanın gələcəyi üçün sülh və sabitliyin vacibliyini vurğulayıb. O qeyd edib ki, Gürcüstanın xarici siyasətinin əsas prioriteti avrointeqrasiyadır və hazırkı hökumət ölkənin Avropa gələcəyinin dönməzliyi üçün möhkəm zəmin yaradıb.

Müzakirə olunan məsələlər arasında Gürcüstan və onun strateji tərəfdaşları arasında münasibətlər, o cümlədən ABŞ və Çin ilə əməkdaşlıq da olub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər