28 Dekabr 20:17
249
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantları saxlamaq və deportasiya etmək üçün ABŞ hərbi bazalarından istifadə variantını nəzərdən keçirir.

Teleqraf.com "The Wall Street Journal" istinadən xəbər verir ki, bu barədə yeni dövlət başçısının yanında sərhəd təhlükəsizliyi məsələlərinin gələcək kuratoru Tom Homan məlumat yayıb.

"Donald Trumpın komandası deportasiyanı sürətləndirmək üçün qeyri-qanuni miqrantları saxlamaq üçün hərbi bazalardan və hərbi təyyarələrdən istifadə etməyi düşünür" - Homan deyib.

O, Amerika silahlı qüvvələrini ölkədən qeyri-qanuni mühacirlərin kütləvi surətdə çıxarılması üçün zəruri olan “qüvvə multiplikatoru” hesab edir. Hərbi qüvvələr, digər məsələlərlə yanaşı, maddi-texniki təminat və inzibati vəzifələrə, infrastrukturun yaradılmasına və kəşfiyyatın təhlilinə cəlb oluna bilər. Homan əlavə edib ki, gələcək ABŞ prezidentinin tərəfdaşları təşəbbüsün maliyyələşdirilməsi ilə bağlı Konqresdən məlumat gözləyirlər.


Müəllif: Arzu

Oxşar xəbərlər