İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə qurum öz Teleqram kanalında məlumat yayıb.
Əməliyyatın Cebaliyadakı Kamal Advan xəstəxanasında keçirildiyi bildirilir. İsrail ordusunun məlumatına görə, orada HƏMAS-ın komanda mərkəzi olub. Əməliyyat zamanı HƏMAS-ın 240-dan çox döyüşçüsü saxlanılıb.
Qurum bildirib ki, əməliyyatdan əvvəl tibb müəssisəsindən 350 xəstə, həkim və digər əməkdaşlar təxliyə edilib. Direktor HƏMAS ilə əməkdaşlıqda şübhəli bilindiyi üçün dindirilmək üçün saxlanılıb. İsrail ordusu iddia edir ki, əməliyyat zamanı hərəkatın qırıcıları İsrail hərbçilərinə qarşı tank əleyhinə raketlərdən istifadə edib, həmçinin özlərini xəstəxana xəstələri kimi göstərərək təcili yardım maşınları ilə əməliyyat bölgəsini tərk etməyə çalışıblar.