Almaniyada jurnalist Eva Mari Kogel amerikalı sahibkar, Space X və Tesla şirkətlərinin qurucusu İlon Maskın paylaşımını dərc etdikdən sonra "Die Welt" qəzetindən ayrıldığını açıqlayıb.
Teleqra.com xəbər verir ki, bu barədə jurnalist öz X sosial şəbəkəsində məlumat verib.
“Bu gün "Welt am Sonntag"da İlon Maskın mətni çıxdı. Dünən material dərc olunandan sonra istefa ərizəmi verdim”, – jurnalist yazıb.
Məqalədə amerikalı iş adamı Almaniyanın kritik bir nöqtədə olduğunu və onun “son ümid qığılcımı”nın ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası olduğunu bildirmişdi.