29 Dekabr 08:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanın qərbində yerləşən Əl-Faşir qəsəbəsində qaçqınlar üçün nəzərdə tutulmuş iki düşərgəyə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələrinin iki hücumu nəticəsində azı 20 mülki şəxs həlak olub, 17 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Darfur əyalətinin səhiyyə departamentinin rəhbəri İbrahim Xatir “Sinxua” agentliyinə bildirib.

Onun sözlərinə görə, ilk hücum PUA, ikinci hücum artilleriya vasitəsilə həyata keçirilib. Çevik Reaksiya Qüvvələri hələ bu hadisələrə görə məsuliyyəti üzərinə götürməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər