Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən aksiyada iştirakçılarla polis arasında qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, nəticədə 6 nəfər aksiya iştirakçısı inzibati qaydada saxlanılıb.
Həmin şəxslər polisin nəqliyyatın hərəkətini məhdudlaşdırmamaqla bağlı çağırışına məhəl qoymayıblar.
Qeyd edək ki, aksiyada Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasiminə etiraz edilib.