29 Dekabr 2024 18:41
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyəti ölkəni yenidən riskə atmaq və Rusiya tərəfinə qarşı mübarizədə yanlış əllərdə alətə çevirmək istəmədi.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin deyib .

Onun sözlərinə görə, Gürcüstanın praqmatik rəhbərliyi, Zelenskidən fərqli olaraq, yanlış əllərdə alətə çevrilmək və Rusiyaya qarşı mübarizədə Gürcüstanı yenidən riskə atmaq istəmədi.

Zatulin bildirib ki, yeni prezidentin vəzifəsi ölkənin 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması olacaq . O əlavə edib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanıması gürcü siyasətçiləri üçün qırmızı xətdir.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin 2022-ci ildə Rusiyaya qarşı “ikinci cəbhə” olmaqdan imtina etməsindən sonra problemlər yaşadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər