29 Dekabr 2024 23:56
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç prezident seçkilərinin birinci turunda 51,5 faiz səs toplayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qərb mediası exit-poll nəticələrinə istinadən bildirib.

Bildirilib ki, beləliklə, o, prezident postunu qoruyub saxlamağa yaxındır.

Onun əsas rəqibi, hakim sağçı mühafizəkar Xorvatiya Demokratik Birlik partiyasının namizədi, keçmiş elm naziri Draqan Primorak 19,3 faiz səs toplayıb.

Prezident seçkilərində ümumilikdə 8 namizəd iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər