30 Dekabr 2024 11:47
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/YPG terror təşkilatı İsrailin vasitəçiliyi ilə ABŞ-ı Suriyadan qoşunlarını çıxarmaq qərarından daşındırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Nəşr İsrailin dövlət telekanalı KAN-a istinadla bildirir ki, Suriyanın şimal-şərqində yerləşən PKK/YPG ABŞ ordusunun bölgədən çıxarılmaması üçün İsrailə müraciət edib.

YPG-dən bir mənbə kanala deyib ki, İsrail beynəlxalq platformalarda təşkilata siyasi dəstək verərsə və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandasını Suriyadakı beynəlxalq koalisiyaya dəstəyi davam etdirməyə və “Türkiyədən gələn təhdidlər”ə son qoymağa inandırarsa, bu, İsrail-təşkilat münasibətlərində dönüş nöqtəsi olacaq.

Xatırladaq ki, dekabrın 28-də Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında sözügedən terror təşkilatının Suriyaya sığınmasının yolverilməz olduğunu bildirib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər