30 Dekabr 2024 14:09
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “STG Engineering” şirkəti Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya taxıl ixracını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Dmitri Trifonov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Suriyaya üç il hər ay təxminən 1,1 milyon ton buğda ixrac edib.

Əsədin devrilməsindən sonra tədarük dayanıb və yeni hökumətlə əlaqələrin inkişafına uyğun olaraq yenidən bərpa oluna bilər.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər