30 Dekabr 2024 19:14
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail tankları və hərbçiləri Suriyanın Quneytra əyalətinin Əs-Salam şəhərinin ərazisinə daxil olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın “Al Vatan” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, İsrail qüvvələri tanklar və zirehli texnikalarla Dəməşqdən 67 km cənubda yerləşən Əs-Salam şəhərini tutub.

İsrail hərbçilərinin şəhərdə yerləşən Mədəniyyət Evi, Təchizat Departamenti, Dövlət Enerji Şirkəti, Əmlak Bankı və çörək anbarının binalarına yaxınlaşıdıqları bildirilir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər