"Türkiyə ilə İsrail arasında münasibətlər tamamilə kəsilib".
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin nəzdindəki Dezinformasiya ilə Mübarizə Mərkəzində məlumat verilib.
Məlumata görə, bir sıra İsrail və Türkiyə KİV-ləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlər arasında münasibətləri bərpa etmək üçün İsrail administrasiyası ilə əlaqə saxlaması barədə məlumat yayıb.
Mərkəz qeyd edib ki, belə bir çağırışdan söhbət gedə bilməz.
Təşkilat nümayəndələri Türkiyənin İDF və ölkənin təhlükəsizlik orqanları ilə əlaqələri ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıblar.