31 Dekabr 2024 09:53
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreya qoşunlarının Rusiya-Ukrayna müharibəsindəki itkiləri barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq bildirib.

“Ağ Ev bu yaxınlarda bəyan etmişdi ki, Kursk vilayətində Şimali Koreyanın təxminən 1000 hərbçisi ölüb və ya yaralanıb. Biz bu rəqəmlərlə razıyıq”, - Pentaqon sözçüsü deyib.

Sinq əlavə edib ki, Şimali Koreya qüvvələri tərəfindən həyata keçirilən hücumlar o qədər də effektli deyil və koreyalılar xeyli sayda itki veriblər.

Rusiyanın Kursk vilayətində Şimali Koreyadan təxminən 11 minə yaxın hərbçinin olduğu açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər