31 Dekabr 2024 12:15
11 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus hökuməti dost olmayan ölkələrdən bəzi malların idxalına qoyulan qadağanı bir il müddətinə uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Nazirlər Şurası qərar qəbul edib.

“Milli maraqların qorunmasını təmin etmək məqsədilə Belarus Respublikası Nazirlər Şurası 6 dekabr 2021-ci il tarixli 700 nömrəli qərarın 1-3-5-ci bəndlərinin tətbiqini 31 dekabr 2025-ci il tarixinə qədər uzatmaq qərarına gəlib”, - sənəddə qeyd olunur.

Məlumatda bildirilir ki, Belarus Latviya, Litva, Polşa, Çexiya və Estoniyadan bəzi malların idxalına qadağanı uzadıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər