31 Dekabr 2024 21:23
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazprom” dekabrın 31-də Avropaya qaz tədarükünün azalacağı ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, yanvarın 1-də Moskva vaxtı ilə saat 8:00-da Rusiya şirkətinin “Moldovaqaz”la müqaviləsi başa çatır. Yanvarın 1-nə qədər son anda gözlənilməz razılaşma əldə olunmasa, qazın verilişinin dayandırılması ehtimalı var.

"Reuters"in qeyd etdiyi kimi, Rusiyadan ucuz qazın tədarükü dayanarsa, bu, Avropa ölkələrində iqtisadi artımın yavaşlamasına və inflyasiyanın artmasına səbəb ola bilər.

Məqalədə qeyd edilir ki, Slovakiya və Avstriya artıq qaz almaq üçün alternativ variantlar tapıb, Macarıstan isə “Türk axını” ilə Rusiya yanacağını almağa davam edəcək. Eyni zamanda tədarükün dayandırılmasından ən çox Moldova zərər çəkəcək .


Müəllif: Arzu

Oxşar xəbərlər