1 Yanvar 08:12
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik 2025-ci il yanvarın 1-dən Belarusa keçib.

Teleqraf.com xəbər verir ki, növbəti il ​​ərzində Belarus Aİİ orqanlarına: Ali Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyası Şurasına sədrlik edəcək.

Sədrlik çərçivəsində Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasının, Avrasiya İqtisadi Forumunun, Avrasiya Hökumətlərarası Şurasının iclasının və Aİİ-nin bir sıra digər tədbirlərinin keçirilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər