Cənubi Koreyada qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"sundan məlumat əldə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin mülki aviasiya departamentinin direktoru Çju Çenq-Vanq açıqlama verib.
Məlumata görə, hazırda mütəxəssislər pilotun səsyazısına dair məlumatı səs fayllarına çevirməklə məşğuldur.
Xatırladaq ki, dekabrın 29-u "Jeju Air” aviaşirkətininə məxsus “Boeing 737-800” təyyarəsi C.Koreyanın Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Hadisə nəticəsində hava laynerinin göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub.