1 Yanvar 14:11
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp Ukraynada münaqişəyə son qoymaq və sülhə nail olmaq üçün böyük ərazi güzəştləri ilə razılaşmalı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "19FortyFive" xəbər portalında məqalə dərc olunub.

Yazıda qeyd edilir ki, Tramp münaqişəni Rusiyanın razılaşacağı diplomatik şərtlərlə sona çatdırmaq üçün “daha çox" Ukrayna ərazilərindən imtina etməli olacaq.

Qərb nəşri proqnozlarına əsasən, siyasətçi həmçinin Ukraynanın NATO-ya üzv olmayacağını açıq şəkildə bəyan etmək məcburiyyətində qalacaq.

Bundan əvvəl keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter bildirib ki, Rusiya ilə danışıqlardan imtina edilərsə, Ukrayna Odessa, Xarkov və bir sıra digər şəhərləri tamamilə itirə bilər. Onun sözlərinə görə, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq rəsmi Kiyevə ultimatum verməlidir: ya danışıqlar apararaq ölkənin böyük hissəsini qoruyub saxlamaq, ya da növbəti ərazi güzəştlərinə getmək.

Qeyd edək ki, Donald Tramp Rusiyanın nəzarətinə keçən Ukrayna ərazisində bir dənə də olsun bina qalmadığını və bu səbəbdən insanların ora qayıda bilməyəcəyini bildirib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər