1 Yanvar 15:34
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin cənubunda yerləşən Nyu Orlean şəhərində naməlum şəxsin insanlara atəş açması nəticəsində ölənlərin sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, dəhşətli hadisə nəticəsində ilkin məlumata görə 10 nəfər ölüb, 30-dan çox yaralı var.

***

ABŞ-nin cənubunda yerləşən Nyu Orlean şəhərində naməlum şəxs idarə etdiyi avtomobili insanların üzərinə sürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Şəhərin Bourbon küçəsində qeydə alınan hadisə nəticəsində ölənlərin olduğu bildirilib.

Hadisə şahidlərinin sözlərinə görə, şübhəli şəxs daha sonra avtomobildən enərək ətrafdakı insanlara atəş açıb.

Polisin cinayətkara qarşılıq verdiyi bildirilib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər