1 Yanvar 17:05
4 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Rusiya Federasiyasının Aİ-yə qaz nəqlini dayandırmasına cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" Avropa Komissiyasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Avropanın qaz infrastrukturu qeyri-rus mənşəli yanacaqla Mərkəzi və Şərqi Avropanı alternativ marşrutlarla təmin etmək üçün kifayət qədər çevikdir.

Bu səbəbdən blok ölkələri Rusiya qazının Ukrayna vasitəsilə nəqlinin dayandırılmasının öhdəsindən gələcək.

Xatırladaq ki, "Qazprom" şirkəti Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini tamamilə dayandırıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər