1 Yanvar 19:36
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci il yanvarın 1-dən İtaliyanın Milan şəhərində açıq yerlərdə siqaret çəkməyi qadağan edən qayda qüvvəyə minib.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, bu gündən Milanda açıq yerlərdə siqaret çəkmək rəsmən qadağan edilib. Qadağa parklar, meydanlar, kafelər və səkilər kimi ictimai yerlərə şamil ediləcək.

Siqaret çəkmək istəyənlərə digər insanlardan ən azı 10 metr məsafədə olmalıdır. Onlara müəyyən təcrid olunmuş yerlərdə siqaret çəkməyə icazə veriləcək. Qadağaya əməl etməyənləri 40-240 avro arasında cərimə gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər