1 Yanvar 22:27
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Donald Tramp Nyu Orleanda bir nəfərin avtomobili Yeni ili qeyd edən izdihamın üzərinə sürməsi, daha sonra onlara atəş açması hadisəsini şərh edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Siyasətçi miqrantlarla bağlı əvvəlki sözlərini xatırladıb. O qeyd edib ki, ştatlara gələn cinayətkarlar ştat ərazisində olanlardan qat-qat pisdirlər.

Tramp Nyu Orleanı təhqiqatda dəstəkləyəcəyini vəd edib.

Bu gün Nyu Orleanda yük maşını yüksək sürətlə Yeni il qeyd edən izdihamın üstünə sürüb. Nəticədə 10 nəfər ölüb, 35 nəfər yaralanıb.


Müəllif: Arzu

Oxşar xəbərlər