Norveçdə 100-dən çox sərnişin -11C°-də Bergen dəmir yolunda qatarda ilişib qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Dagbladet” yazır.
Nəşrin məlumatına görə, mühərrik nasaz olduğu üçün qatar hərəkətini davam etdirə bilməyib, ona görə də sərnişinlər ölkənin cənub-qərbindəki Myrdal stansiyasında təxminən iki saat vaxt keçiriblər. Soyuğa baxmayaraq qatarda istilik sistemi işləməyib, eləcə də sərnişinlərin tualetdən istifadə imkanı olmayıb.