2 Yanvar 01:12
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Milli Administrasiyasının (PNA) hakimiyyəti Qətərin Əl-Cəzirə telekanalının Fələstində yayımını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "WAFA" agentliyi məlumat yayıb.

Məlumata görə, qərar Fələstin Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Fələstin Rabitə Nazirliyinin rəsmilərindən ibarət komitə tərəfindən qəbul edilib.

Rəsmilər kanalın dəfələrlə təxribat xarakterli reportajlar yayımladığı qənaətinə gəliblər.


Müəllif: Arzu

Oxşar xəbərlər