2 Yanvar 13:27
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Qəzzada müharibədə həlak olan hərbçilərinin sayını rəsmi olaraq ilk dəfə açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, 2023-cü il oktyabrın 7-də Qəzzada müharibə başladıqdan sonra İsrail ordusu 891 zabit və əsgərini itirib.

Bunun 1973-cü ildəki Yom Kippur müharibəsindən sonra qeydə alınan ən yüksək göstərici olduğu qeyd edilib.

2014-2023-cü illər aralığında həyata keçirilən hərbi əməliyyatlar nəticəsində isə İsrail ordusunun itkiləri cəmi 152 nəfər təşkil edirdi.

Həmçinin hazırki müharibə dövründə 16-sı ehtiyatdakı zabitlər olmaqla, 28 hərbçinin intihar etdiyi açıqlanıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər