2 Yanvar 14:28
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında gözlənilən görüş neytral bir ərazidə, məsələn, Hindistanda baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bu fikirləri amerikalı jurnalist Cekson Hinkl səsləndirib.

Onum sözlərinə görə, Hindistan Qərb və Şərq arasında yerləşdiyinə görə burada hər kəsin görüşü üçün ideal şərait mövcuddur.

Jurnalist həmçinin, İsrail və Türkiyəni də Rusiya və ABŞ liderlərinin görüşə biləcəyi digər mümkün ölkələr olaraq qeyd edib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl bildirib ki, o, Ukrayna münaqişəsinin həlli ilə bağlı Putinlə görüşməyə hazırdır.

Bu bəyanatdan sonra, Türkiyəli politoloq və “Ankara-Moskva” analitik şəbəkəsinin baş eksperti Engin Özer İstanbulun prezidentlərin görüşü üçün uyğun bir yer ola biləcəyi təklifini irəli sürüb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər