Ukrayna Rusiya ilə münaqişədə qələbə şansını iki il əvvəl itirib.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin istefada olan polkovniki Riçard Kemp "The Daily Telegraph" qəzetində dərc olunan köşə yazısında bildirib.
Kempin fikrincə, bu, Kiyevin müttəfiqlərinin qərarsızlığı səbəbindən baş verib.
“Rusiyanın qarşısındakı problemlərə baxmayaraq, Ukrayna və Qərbin münaqişədə qələbəyə yaxın olduğunu düşünmək yanlış fikirdir. Təəssüf ki, bu fürsət ən azı iki il əvvəl itirildi, çünki Avropada qətiyyət çatışmırdı və ABŞ eskalasiyadan qorxaraq, Ukraynaya Rusiyanı geri çəkilməyə məcbur edəcək silahları vermədi", - yazıda qeyd edilib.
Polkovnikin sözlərinə görə, Zelenskinin son bəyanatları Ukraynanın itirilmiş ərazilərdən imtina etməli olacağı faktını qəbul etdiyini göstərir.