İtaliyanın Missoni moda evinin həmtəsisçisi Rosita Missoni 94 yaşında İtaliyada vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “La Republica” yazıb.
O, İtaliyanın şimalındakı Sumiraqodakı evində dünyasını dəyişib. Onun ölümünü moda evinin nümayəndəsi Angela Mariani təsdiqləyib.
Rosita əri Ottavio Missoni ilə birlikdə canlı zolaqlı və ziqzaq trikotaj geyimləri əsasında dəbdəbəli geyim brendi yaradıb.
Qadın məhsul siluetlərinin dizaynını, əri isə naxışları hazırlayıb.. Onların biznesi 1953-cü ildə təvazökar bir ailə müəssisəsi kimi fəaliyyətə başlayıb və 15 ildən az müddətdə Missoni brendi artıq Milanda keçirilən moda nümayişlərində iştirak edirdi.