ABŞ prezidenti Co Bayden İranın nüvə obyektlərinə hücum planını müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən bildirib.
"Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bir neçə həftə əvvəl İranın nüvə obyektlərinə potensial hücum planını Baydenə təqdim edib", - məlumatda qeyd olunub.
Prezident və komandasının müxtəlif variantları və ssenariləri müzakirə etdiyi, lakin Baydenin görüş zamanı mümkün zərbə ilə bağlı qərar vermədiyi qeyd edilib.