ABŞ Suriyanın şimalında yerləşən Ayn əl-Ərəb şəhərində yeni hərbi baza yaradır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, sözügedən ərazi PKK/YPG terror qruplaşmasının nəzarətindədir.
Qeyd olunur ki, ABŞ son günlər adıçəkilən şəhərə hərbi təhcizat tədarük edir.
“ABŞ bölgəyə hərbi texnika və əsgərləri daşıyan 14 yük təyyarəsi, yük maşınları da daxil olmaqla, 233 hərbi maşın daşımağı planlaşdırır”, - deyə məlumatda qeyd olunur.