ABŞ Prezidenti Co Bayden terror aktının baş verdiyi Luiziana ştatının Yeni Orlean şəhərinə gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Səfərin yanvarın 6-da baş tutacağı bildirilib.
ABŞ prezidenti və xanımı terror aktı zamanı həlak olanların ailələri, habelə yerli hakimiyyət nümayəndələri ilə görüşmək niyyətindədirlər.
Qeyd edək ki, Yeni il gecəsi Luiziana ştatının Yeni Orlean şəhərinin mərkəzində terror aktı törədilib. Avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində ən azı 15 nəfərin həlak olduğu, 30 yaralı olduğu bildirilib.