4 Yanvar 10:41
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Danimarka Qrenlandiyanı ABŞ-yə satmadığına görə peşman ola bilər".

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məqalə dərc edib.

Nəşr yazır ki, Trampın ilk prezidentlik dönəmində də sözügedən məsələ gündəmdə olub.

Həmçinin Qrenlandiyanın baş naziri Mute Egede Danimarkadan müstəqillik əldə etmək istədiyini açıqlamışdı.

Onun sözlərinə görə, Danimarkanın tərkibində olmaq bərabərlik yaratmayıb.

Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Qrenlandiya Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir.


Müəllif: Teleqraf.com