4 Yanvar 11:52
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” şirkəti 2025-ci ildə süni intellektə malik məlumat mərkəzlərinin tikintisinə 80 milyard dollar xərcləməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qeyd olunub ki, bir neçə texnologiya şirkəti “Microsoft"la əməkdaşlığa başlayacaq.

Bildirilir ki, 2025-ci ilin birinci rübündə şirkətin əsaslı xərcləri 5,3% artaraq 20 milyard dollara çatıb.


Müəllif: Teleqraf.com